Universitet imtahanına girə bilmək üçün internet tapmadığından 24 saatını ağacın üzərində keçirən malayziyalı tələbənin hekayəsi dünya mediasında böyük marağa səbəb olmuşdu. Onun bu addımı müasir dünyada rəqəmsal bərabərsizlik problemini yenidən gündəmə gətirmişdi.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 2020-ci ildə Malayziyanın ucqar Sabax kəndində qeydə alınıb. Universitet tələbəsi olan 18 yaşlı Veveonah Mosibin pandemiyaya görə onlayn keçirilən imtahanlarında iştirak etməli idi. Lakin kənddə internet şəbəkəsi zəif olduğundan, o, rabitə siqnalı tutmaq üçün kənddəki hündür ağaclardan birinə dırmaşmaq məcburiyyətində qalıb. Gənc qız ağacın budaqları arasında özünə yer düzəldərək onlayn imtahanlarını orada tamamlayıb.
Veveonahın həmin vaxt çəkdiyi və sosial şəbəkədə paylaşdığı video qısa müddətdə böyük rəğbət qazanmışdı. Bu paylaşımdan sonra Malayziya hökuməti rəsmi hərəkətə keçərək həmin ucqar kənddə yeni telekommunikasiya qülləsi quraşdırmış və ərazini internetlə təmin etmişdi. Universitet rəhbərliyi isə tələbəyə təhsilində dəstək məqsədilə xüsusi təqaüd ayırmışdı.
Bu hadisə, ucqar bölgələrdə yaşayan gənclərin təhsilə əlçatanlıq üçün qarşılaşdıqları çətinliklərin real nümunəsi kimi yaddarda qalıb.