Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılması prosesinə start verilib.
Qeyd edək ki, bu ildən məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilk dəfə "myGov" platforması üzərindən həyata keçirilir.
Qeydiyyat zamanı çətinlik çəkən valideynlərə AzEdu.az olaraq dəstək göstəririk.
Əgər "myGov" platforması üzərindən bağçaya qeydiyyatdan keçməkdə çətinlik yaşayırsınızsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Mütəxəssislərimiz sizi qeydiyyat prosesi ilə bağlı addım-addım istiqamətləndirəcək və suallarınızı cavablandıracaqlar.
WhatsApp: 051-435-71-71