Azedu.az

Bu universitetlərdə dərslər onlayna keçirildi

Hadisə

7 İyul 2026, 11:33
Bu universitetlərdə dərslər onlayna keçirildi

Filippində fəaliyyət göstərən bir neçə nüfuzlu ali təhsil müəssisəsi kütləvi kiber-hücum və onlayn terror təhdidləri səbəbindən əyani tədrisi təcili dayandıraraq tam onlayn formata keçib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi qurumların məlumatına görə, təhsil müəssisələrinin daxili şəbəkələrinə və elektron ünvanlarına kampuslarda partlayıcı maddələr yerləşdirilməsi barədə anonim mesajlar daxil olub. Təhdidlərdən dərhal sonra ölkənin tanınmış ali məktəblərindən olan Silliman Universiteti, Müqəddəs La Salle Universiteti və De La Salle Lipa kollecində dərslər dayandırılıb, minlərlə tələbə və müəllim heyəti kampustardan təxliyə edilib.

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanları və xüsusi təlim keçmiş K9 qrupları binalarda intensiv axtarışlar aparıb. Hər hansı bir partlayıcı qurğu aşkarlanmasa da, universitet rəhbərlikləri təhlükəsizlik məqsədilə qapılarını bağlayıb və dərslərin müvəqqəti olaraq rəqəmsal platformalar üzərindən davam etdirilməsinə qərar verib.

Filippin Kiber-Cinayətkarlıqla Mübarizə Qrupu hadisəni təhsil sistemində xaos yaratmaq məqsədi daşıyan "rəqəmsal terror" adlandırıb. Hazırda VPN arxasında gizlənən şübhəlilərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Moskvada RAKET HÜCUMU xəbərdarlığı edildi - Sığınacaqlara girin!
Son xəbərlərDaha çox