Lənkəran-Astara regionu üzrə abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Astara rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 308 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisəsi Lənkəran Dövlət Universiteti olub.
Cəlilabad rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 536 məzun tələbə adını qazanıb. Abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universiteti olub.
Lerik rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 119 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universiteti olub.
Lənkəran rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 740 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisəsi Lənkəran Dövlət Universiteti olub.
Masallı rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 579 məzun tələbə adını qazanıb. Abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universiteti olub.
Yardımlı rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 138 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti və Lənkəran Dövlət Universiteti olub.
Məlumatlardan görünür ki, Lənkəran-Astara iqtisadi rayonu üzrə abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universiteti olub. Regionun əksər rayonlarında Lənkəran Dövlət Universiteti abituriyentlərin əsas seçimləri sırasında yer alıb. Cəlilabad və Masallıda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universiteti ön plana çıxarkən, Yardımlıda Azərbaycan Dövlət İqtisad Universiteti də ən çox seçilən ali təhsil müəssisələri arasında yer alıb.