![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_bdui_214.jpg)
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində kitab sərgisinin açılışı olub.
AzEdu.az xəbər verir ki, mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Beynəlxalq Türk Akademiyasının (BTA) rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil nazirlərinin müavinləri və təmsilçiləri, müxtəlif ölkələrin alim və ictimai xadimləri iştirak edib.
BTA prezidenti Darxan Kıdırəli tərəfindən 60-dək kitab, o cümlədən Abaya həsr olunan və akademiya tərəfindən nəşr olunan azərbaycanlı tədqiqatçı Turan Teymurovun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri”, qazax alim Mekemtas Mırzaxmetulının yazdığı “Muxtar Auezov Abayşünas alim”, “Abayı oxu, öyrən...” və “Müdrik Abay mirasını öyrənmənin 125 illik tarixnaməsi” kitabları mərkəzə hədiyyə edib.
Sonra BTA adından rektor E.Babayevə "Abay-175" adlı mükafat təqdim edilib. E.Babayev qeyd edib ki, mərkəz öz işini daha da gücləndirərək hər iki ölkə arasında əlaqələrin inkişafına töhfəsini verəcək.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)