https://www.zirve.edu.az/
23.01.2020 13:44
AMEA-nın Coğrafiya İnstitutu Təbriz Universiteti ilə əməkdaşlığa başlayıb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda keçirilən növbəti seminarda elmi müəssisənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə “Təbriz Universitetində görüş” mövzusunda təqdimatla çıxış edib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Xanım Rzazadə Təbriz Universitetində bu təhsil ocağının elmi və beynəlxalq əlaqələr üzrə direktoru, professor Səid Şocai, Coğrafiya və şəhərsalma departamentinin professoru İrəc Teymuri ilə görüşdə iştirak edib.

İranın Təbriz Universiteti ilə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu arasında qarşıdakı 5 il müddətinə elmi tədqiqat sahəsində anlaşma memorandumu imzalanıb. Memorandumda birgə elmi tədqiqatlar aparılması, alim, mütəxəssis, müəllim və tələbə mübadiləsi, elmi əsərlərin nəşri, konfrans, simpozium keçirilməsi, maraq doğuran müştərək layihə və proqramlarda iştirak nəzərdə tutulur.