Azedu.az

Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında 1504 namizəd iştirak edəcək

23 Yanvar 2020, 09:46
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında 1504 namizəd iştirak edəcək

Dövlət İmtahan Mərkəzinin (DİM) 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

AzEdu.az xəbər verir ki, DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 10-da elan edilib və yanvarın 20-dək davam edib. 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı isə yanvarın 26-da keçiriləcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox