Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 12:36:00
Bu qəbul proqramı  üzrə yenidən sınaq imtahanı keçirilir-DİM

Dövlət İmtahan Mərkəzi doktoranturaya imtahan verən namizədlər üçün yenidən online sınaq imtahanı keçirir.

AzEdu.az xəbər verir ki, bu sınaq imtahanında istifadə olunan test tapşırıqları Dövlət İmtahan Mərkəzinin 19 yanvarda doktoranturaya xarici dil imtahanı üzrə keçirilən sınaq imtahanında istifadə olunan tapşırıqlarla eynidir. İmtahanda iştirak etmək istəyən namizədlər  http://otk.az/ saytında qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək.