![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_pese_teh_370.jpg)
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
AzEdu.az xəbər verir ki, 20 yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində mərkəzin tələbələri rayonda yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Tələbələrlə birgə ziyarətə gedən qrup rəhbərləri və müəllimlər 20 Yanvar faciəsi və onun Azərbaycanın müstəqillik tarixində oynadığı rol haqqında ətraflı məlumat veriblər.
Tələbələrə tövsiyə olunub ki, hər zaman, hər yerdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən insanların şəhid adına hörmətlə yanaşsın, onların bizə əmanət etdiyi vətənimizə sadiq qalıb, onun azadlığı uğrunda öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirsinlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvara həsr olunan filmə baxış keçirilib. “Qanlı yanvar- tariximizin qan yaddaşı” mövzusunda xüsusi dərs təşkil olunub.
20 Yanvar hadisələrinə həsr olunan tədbirdə mərkəzin direktoru, iqtisad elmləri namizədi Namik Muradov qeyd edib ki, tariximizdə baş verən belə qanlı hadisələr xalqımızın iradəsini qıra bilmədi və biz yenə də müstəqilliyimizi bərpa etdik.
Sonra tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)