https://www.zirve.edu.az/
14.01.2020 15:52
TƏBİB Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb
Çap et

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

AzEdu.az xəbər verir ki, TƏBİB-dən  daxil olan məlumata görə yanvarın 11-də saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib.

Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır.(APA)