Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 13:54:00
Tibb tələbələrinin əsas narahatlığı: Universiteti bu il bitirənlər keçmiş qaydada imtahan verəcəklər? 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dövlət İmtahan Mərkəzinin təklifinə əsasəTibbn edilən dəyişiklik rezident olmaq istəyənlərdə xeyli suallar  yaradıb. Onları maraqlandıran əsas məqamlardan biri də dəyişikliklərin bu il imtahan verəcək şəxslərə aid olub olmaması ilə bağlıdır. Onların çaşqınlığına səbəb olan isə Dövlət İmtahan Mərkəzinin rəsmi portalında dəyişiklərin 2020-2021-ci tədris ilindən qüvvəyə minəcəyinin yazılmasıdır.

Sual:

Builki VI  kurslar, yəni universiteti 2019-2020-ci tədris ilində başa vuranlar keçmiş qaydalarla imtahan verəcəklər? Dəyişikliklər növbəti tədris ilindən tətbiq olunacaq?

Cavab:

AzEdu.az məlumat verir ki, dəyişiklər 2020-2021-ci tədris ilindən qüvvəyə minir. Yəni, 2020-2021-ci tədris ilində təhsil alacaq, bu il rezidenturaya qəbul olunacaq şəxslər yeni qaydalarla imtahan verəcəklər. 2020-ci ildə rezidenturaya qəbul olunmaq istəyənlər yeni qaydalarla imtahan  verəcəklər

Bundan əlavə, dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Yəni, ali təhsil müəssisəsinin  IV, V və VI kursunda təhsil alanlar bu il rezidenturaya qəbul müsabiqəsinin I mərhələsində iştirak edə bilərlər. III kurs tələbələri yalnız kursu tam başa vurduqdan sonra imtahan verə bilərlər.

Qeyd edək ki, müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır. Hazırda rezidenturaya qəbul olmaq üçün I mərhələdə 100 baldan 40 bal toplamaq lazımdır.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları