Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 09:03:00
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində seminar: HPC Mərkəzi və Big Data ilə tanışlıq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “High Performance Computing (HPC) Mərkəzi və Big Data ilə tanışlıq” mövzusunda seminar keçirilib.

ADNSU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı HPC Mərkəzi haqqında məlumat verərək onun təsis olunmasında 4 əsas məqamı diqqətə çatdırıb. “Çalışırıq ki, Azİİ bir elm, təhsil məbədi kimi ölkədə gedən bütün innovativ proseslərin önündə olsun”, - deyən rektor mühüm istiqamətlərdən birinin ADNSU-nu milli tədqiqat universitetinə çevirmək olduğunu bildirib. O, müvafiq statusu almaq üçün ən vacib üstünlüklərdən birinin HPC Mərkəzinin, yəni superkompüterlərin istifadəsi ilə elmi tədqiqatların hesabatlarının çevik, operativ həyata keçirilməsinin, bunun tədris prosesinə tətbiqinin vacibliyini vurğulayıb. Digər vacib məqamlara gəldikdə ADNSU-nun rəhbəri müasir trendlərə uyğun Azərbaycan müəssisələrinin sifarişlərini yerinə yetirmək, onların artan tələblərinə cavab vermək və əsas hədəfin dünyaya çıxmaq olduğunu deyib.

Seminarda “Paralel alqoritmlər əsasında həll olunan məsələlər”, “HPC sistemlərinin xüsusiyyətləri və imkanları”, “HPC sistemlərinin tətbiq sahələri” mövzularında məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.