Azedu.az

Şamaxıda 2-ci sinif şagirdini avtomobil vurdu

10 Yanvar 2020, 21:53
Şamaxıda 2-ci sinif şagirdini avtomobil vurdu

Şamaxıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az  APA-ya  istinadən  xəbər  verir ki, hadisə bu gün Şamaxı şəhər 5 saylı tam orta məktəbin qarşısında baş verib.

Şamaxı sakini, 2012-ci il təvəllüdlü Hidayətzadə Asya Kamil qızı oxuduğu məktəbdən çıxaraq evə gedərkən yolu keçən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Hadisə zamanı 2-ci sinif şagirdi ağır kəllə-beyin travması alıb, qolu sınıb. Yaralı Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox