Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 12:41:00
Coğrafiyadan situasiya tipli  tapşırıqlar - II qrup üzrə hazırlaşanlar üçün

 Məlum olduğu kimi ötən ildən yeni qəbul modelinə əsasən qəbul imtahanlarının ikinci mərhələsində situasiya tipli tapşırıqlardan istifadə olunur.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Ən çox narahatlıq və sual doğuran məqam situasiya tipli test tapşırıqlarıyla bağlıdır.

AzEdu.az cari il məzunlarında yeni model imtahanların təsəvvürünü yaratmaq məqsədilə coğrafiya  fənni üzrə ötən il qəbul imtahanında istifadə olunmuş tapşırıqları təqdim edir:

Mətn: Müasir dövrdə ölkənin inkişaf səviyyəsi  iki əsas göstərici -ümumdaxili məhsul (ÜDM) və ümummilli məhsul(ÜMM), xüsusilə ÜDM-un adambaşına düşən kəmiyyətinə görə müəyyən olunur.  Aşağıda B ölkəsinə uyğun verilənlərə əsasən, bu ölkədə əhalinin həyat səviyyəsini müəyyən etmək mümkündür.

ÜDM= Ölkə daxilində xarici  şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər+ Ölkə daxilində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər

 ÜMM= Ölkə xaricində milli şirkətlərin istifadə etdiyi məhsul və xidmətlər+ Ölkə daxilində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər

Əhalinin sayı

10  min nəfər

ÜMM-in dəyəri

550 milyard dollar

Ölkə xaricində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlərin dəyəri

250 milyard dollar

Ölkə daxilində xarici şirkətlərin istehsal etdiyi məhsul və xidmətlərin dəyəri

150 milyard dollar

 

Sual1. B ölkəsində ÜDM-in dəyərini  hesablayıb yazın.

Sual 2. B ölkəsində ÜDM-ın adambaşına düşən həcmini hesablayın və inkişaf səviyyəsinə görə ölkənin hansı qrupa aid olduğunu yazın.

 Sual 3. Xəritə-sxemdə rəqəmlərlə verilmiş və inkişaf səviyyəsinə görə B ölkəsi ilə eyni qrupa daxil olan ölkələrin adını yazın. (red qeydi: Xəritədə Meksika, Avstraliya, Braziliya, Fransa, Yaponiya, Hindistan göstərilib).

Ayşə MÜSEYİB