Azedu.az

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı  beynəlxalq sertifikata layiq görülüb

Elmi institut və təşkilatlar

7 Yanvar 2020, 11:42
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı  beynəlxalq sertifikata layiq görülüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Journal of Petroleum Science and Engineering” (Neft Elmləri və Mühəndisliyi) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan bildirilib ki, “Journal of Petroleum Science and Engineering” jurnalı “Web of Science” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnaldır.

“Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” hesabatına görə, bu jurnal ən yüksək Q1 sinfinə daxildir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox