https://www.zirve.edu.az/
02.01.2020 13:13
Çin PİSA-dan niyə uzaqlaşmaq istəyir? - “Birinci məktəb kimi adlara ehtiyacımız yoxdur”
Çap et

2000-ci bəri Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram (PİSA) sıralama cədvəli vasitəsilə standartlar hərəkatanı sürətlənidirir.

AzEdu.az xəbər verir ki, bu cədvəllər şagirdlərin riyaziyyat, oxu və elm üzrə standarlaşdırışmış imtahandakı nəticələrinə əsaslanır. İmtahan Parisdə yerləşən İqtisadi  Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən aparılır. PİSA üç ildən bir dünyanın müxtəlif ölkələrindən olan 15 yaşlı uşaqlarla imtahan keçirir. 2000-ci ildə bu imtahanda iştirak edən ölkələrin sayı 32-dirsə, 2012-ci ildə bu rəqəm 65-ə qalxmışdı.  İmtahana qoşulan şagirdlərin sayı isə  iki dəfə çoxalmışdı.

PİSA-nın siyası təsiri də güclənmişdir. 2001-ci ildə nəticələr Avropa mətbuatında nisbətən az işiqlandırılsa da , 2013-cü ildə artıq müxtəlif ölkələrdə xəbər başlığına çevrilmiş və cəmiyyətə vəlvələ salmışdır. İndi idmançılar öz əzələlərini bir-biri ilə müqayisə etdiyi kimi, təhsil nazirləri də müəyyən sıralamalarda tutduqları yerin müqayisəsini aparırlar. Onlar da mətbuat kimi, adlarının qarşısındakı sıra sayını öz uğurlarının mütləq göstəricisi hesab edirlər.

Çinin Şanxay vilayəti PİSA-da 2009-cu ildə birinci dəfə iştirak edəndə bütün üç kateqoriya üzrə ən yüksək yeri qazandı. Nəticə Qərb dövlətlərini ciddi şəkildə heyrətə saldı. Şanxay 2012-ci ildə Sinqapur, Honqkonq, Çin Taybeyi kimi ölkələri qabaqlayaraq yenidən ən yüksək nəticəni göstərmişdir. Qərb mətbuatı “Asiya modeli “ təhsilinin gücü barədə qızğın müzakirələr apardı və öz ölkələrinin siyasətçilərini standartları yüksəltmək, qlobal rəqabətlə ayaqlaşmaq üçün daha çox iş görməyə çağırdı.

O zaman ABŞ Təhsil katibi Arne Dunkan bu məsələ ilə bağlı belə bir şərh vermişdir:

“ABŞ-ın 2012-ci ildəki ümumi PİSA nəticələrinin izahı çox sadə və sərtdir: bu, təhsildəki mövcud durğunluğun mənzərəsidir. Bu nəticələr özündənrazılıq yuxusundan oyanmaq və aşağı gözləntiləri olan təhsildən qopmaq üçün çağırış rolunu oynamalıdır. 15 yaşlı uşaqlarımızın əvvəlkillərdən daha pis nəticələr göstərməsi problem deyil. Problem odur ki, şagirdlərimiz əmməlli başlı geridə qalırlar. Nə qədər ki, yerimizdə sayırıq, buna sərf etdiyimiz zaman ərzində digər yüksək göstəricili ölkələr bizi geridə qoymaqda davam edəcəklər”.

Qeyd etdiyimiz kimi ən son PİSA cədvəllərinə əsasən  ən yüksək nəticə göstərən məktəb sistemi Şanxaydadır. Hamıdan az Şanxay bu nəticədən təsirlənmişdi. Şanxay Təhsil Komissiyasının yüksək rütbəli rəsmi nümayəndəsi Yi Hu Tzin demişdir ki, tələbələrinin bu cür yaxşı nəticə göstərmələrindən məmnun olsa da, buna təəccüblənməyib. Çünki sistem belə imtahanlarda uğur qazanmaq üsullarını öyrətməyə yönəlib.

Əsas olan isə bu deyil. Əsas odur ki, komissiya PİSA imtahanından hansısa məqamda uzaqlaşmaq haqqında fikirləşır:

“Şanxayın “birinci məktəb” kimi adlara ehtiyacı yoxdur. Bizim sağlam təhsil prinsiplərinə, şagirdlərin fiziki və psixoloji inkişafına hörmət edən qaydalara və onların ömrü boyu inkişafı üçün sağlam təməl yaradan məktəblərə ehtiyacımız var”.

Onu da qeyd edək ki, hələ də  PİSA cədvəlinə Çin liderlik edir.  

Ayşə MÜSEYİB