Azedu.az

“Xocalı bir millətin kədəri” sənədli filmi çəkilir

Elmi institut və təşkilatlar

29 Dekabr 2019, 12:29
“Xocalı bir millətin kədəri” sənədli filmi çəkilir

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Xocalı bir millətin kədəri” sənədli filminin bir hissəsinin çəkilişi olub.

Muzeydən AzEdu.az-a bildiriblər ki, film Gənclər və İdman Nazirliyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə layihəsidir.

Filmin çəkilişində muzeyin Xocalı nekropolundan tapılmış Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid eksponatlarda istifadə edilib. Arxeologiya elmi fond şöbəsi əməkdaşlarının səyi ilə çəkiliş üçün xüsusi kompozisiya təşkil olunub. Eyni zamanda, film çəkilişinə ekspozisiyadakı qalaça və qəbilə evi maketləri daxil edilib.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox