Azedu.az

Təhsil Nazirliyində təlim keçirilib

Dövlət qulluğu

16 May 2018, 11:55
Təhsil Nazirliyində təlim keçirilib

Mayın 15-də Təhsil Nazirliyində “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlimdə Təhsil Nazirliyinin aparatının müxtəlif şöbələrində qulluq keçən 15 nəfər dövlət qulluqçusu iştirak edib. Təlim müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibəyə hazırlıq, namizədin vəzifəyə uyğunluğunun qiymətləndirmə meyarları və digər mövzuları əhatə edib.

Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri və insan resursları şöbəsində sektor müdiri Kamil Baxşəliyev tərəfindən aparılıb. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox