Azedu.az

Son illərdə  körpə ölümü  bu səbəbdən çox  yüksəlib -AMEA

Elmi institut və təşkilatlar

19 Dekabr 2019, 17:38
Son illərdə  körpə ölümü  bu səbəbdən çox  yüksəlib -AMEA

“2010-2017-ci illərdə ölkənin şəhər əhalisi arasında təbii artım əmsalı hər 1000 nəfərə görə 11,2-dən 7,4-ə, doğum əmsalı 17,2-dən 13,6-ya düşüb”.

AzEdu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlov “Azərbaycanın şəhər məntəqələrində davamlı demoqrafik inkişafın iqtisadi-coğrafi problemləri” mövzusunda məruzəsində deyib.

O bildirib ki, 1991-2017-ci illər ərzində hər 1000 nəfərə görə oğlanların sayı qızlara nisbətən 123,5 min  nəfər çox olub, körpə ölümü hər 1000 nəfər diri doğulan uşağa görə 13,5-dən 18,7-yə kimi yüksəlib, boşanma göstəricisi isə 1,6-dan 1,9-dək artıb.

Müəllif məruzəsində davamlı demoqrafik inkişafın aspektlərini, iqtisadiyyat, məşğulluq, nəqliyyat, turizm, təhsil, səhiyyə, miqrasiya, məşğulluq və s. kimi sahələrdə  demoqrafik inkişafın mənfi və müsbət xüsusiyyətlərini təhlil edib, müqayisəli olaraq Azərbaycanın qərb və şərq hissələrində hər 1000 nəfərə görə təbii artımın dinamikasını, yaş-cins tərkibini, əraziyə görə uzunömürlülüyü və s. göstərib.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox