Azedu.az

“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb

Elmi institut və təşkilatlar

19 Dekabr 2019, 14:05
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələr yaradılır.

MEK-dən AzEdu.az-a bildirilib ki, “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları Elbrus Allahverdiyev, Aytəkin Məmmədov və Araz Səlimov haqqında ingilis dilində məqalələr yaradılıb. Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

İngilis dilindəki “Vikipediya”da, həmçinin müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi, Qarabağ müharibəsi şəhidi Vaqif Qurbanov haqqında məqalə yaradılıb.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox