Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 17:50:00
BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Ayxan Abdullayev (Biznesin idarə edilməsi ixtisası-ingilis bölməsi) Azərbaycan üzrə Beynəlxalq Natiqlik Yarışmasında birincilik qazanıb.

AzEdu.az xəbər verir ki, BMU tələbəsi Azərbaycanı 2020-ci ilin may ayında Londonda keçiriləcək Beynəlxalq Natiqlik Yarışmasında təmsil edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın “English Speaking Union” (ESU) təşkilatı tərəfindən keçirilən Beynəlxalq Natiqlik Yarışması 54-dən çox ölkə və 60000-dən artıq tələbənin qatıldığı ən böyük beynəlxalq yarışmadır. Layihə artıq 22 ildir həyata keçirilir. Ayrı-ayrı ölkələr üzrə qalib olan natiqlər Londonda həyata keçirilən final turunda yarışmaq imkanı əldə edirlər.