Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-27 11:18:00
“Tələbə qız oğurlanmayıb, öz istəyi ilə qaçıb” – Kollecdən açıqlama

“Tələbə Aygün Ələkbərli qaçırılmayıb, öz istəyi ilə qaçıb. Hadisə tələbə kollecdə olarkən yox, dərsdən sonra baş verib. Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva deyib. Onun sözlərinə görə, qızın məcburi qaçırılmasından söhbət belə gedə bilməz:

Aygün Ələkbərli bizim tələbəmiz olub. Hadisə tələbə kollec ərazisində olarkən yox, dərsdən sonra baş verib. Hətta dərsdən sonra tələbə evə də gedib. Kim hansı qızı məcburi şəkildə Bakıya qaçıra bilər?! Tələbəylə əlaqə saxlanılıb və öz istəyi ilə qaçdığını şəxsən bildirib”.

Xatırladaq ki, mediada yayılan məlumata görə Oğuz rayonunun Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 22-də qızı, 2000-ci il təvəllüdlü Aygün Ələkbərli təhsil aldığı həmin kollecdən qaçırılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları