Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 12:05:20
Təhsil naziri 4 min şagirdin sinifdə saxlanmasının səbəblərini AÇIQLADI

"Şagirdlərin sinifdə saxlanmasının xüsusi meyarları mövcuddur".

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, orta təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən müvəffəqiyyətsizliyi varsa, o sinifdə saxlanılır: 

"Bu, 4 fəndən az olarsa, yay istirahəti ərzində həmin şagirdlərin bilikləri yenidən qiymətləndirilir və sinfə bərpa edilir. 

4000 şagirdin sinifdə saxlanması o deməkdir ki, həmin şagirdlər kifayət qədər çox fəndən proqramı mənimsəyə bilməyiblər. 

Yaxud üzrsüz səbəblərdən dərslərdə iştirak etməyiblər". 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları