Azedu.az

Deputat süpürgəçi ilə birlikdə tələbələrə dərs keçdi – FOTO

Ali təhsil

Müəllimlər və elm adamları

7 May 2018, 11:34
Deputat süpürgəçi ilə birlikdə tələbələrə dərs keçdi – FOTO

Şagird və tələbələrə həm də insani dəyərlərin öyrədilməsi üçün bir sıra müəllimlər yeni metodlardan yararlanırlar. Siyasətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan millət vəkili Aydın Mirzəzadə bu yaxınlarda dərs prosesində fərqli üsuldan istifadə edib.

AzEdu.az xəbər verir ki, o, dərs keçdiyi auditoriyaya ali məktəbin təmizlik işçisini dəvət edib. Deputat bu addımı atmaqla tələbələrinə belə insanlara həmişə hörmət etmək lazım olduğunu bildirib:

“Akademiyanın təmizlik işçisi Solmaz xanımı auditoriyada müəllim stulunda əyləşdirdim, özüm də yanında əyləşdim. Bu insanlara daima hörmət etməyin vacibliyini, gələcəkdə rəhbər vəzifələrdə çalışarkən onların qayğısına qalmağın ümdə vəzifə olduğunu tələbələrin diqqətinə çatdırdım. Solmaz xanıma sual verənlər, onun haqqında fikir bildirənlər də oldu. Sonda xatirə şəkli də çəkdirdik”.

O, bir tələbənin dərsin sonunda belə dərs keçirilməsinə etiraz etdiyini də bildirib.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox