Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 12:00:00
Türk alimlər gözlə idarə ediləcək araba hazırladılar - FOTO

Orta Doğu Texniki Universitetinin alimləri yalnız göz hərəkətləri ilə işləyən təkərli əlil arabası  kəşf ediblər. 

AzEdu.az  xarici mediaya istinadən xəbər verir ki, bir sıra üstünlükləri özündə birləşdirən texnologiya, fiziki məhdudiyyətli insanlara gözləri ilə kompüter idarə etmək imkanı da verir. ODTU Kompüter texnologiyaları fakültəsinin müəllimi, prof. Kerşat Çağıltay həmin fakültənin doktorantı Mehmet Dönmez ilə birlikdə etdikləri kəşf haqqında danışarkən hələ uzun illər göz hərəkəti ilə işləyən kompüter və digər texnoloji cihazların mexanizlərini üzərində işlədiklərini bildirib:

“Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş araba göz hərəkətlərini analiz edən kompüter əsaslı sistemlə təkərli arabadan ibarətdir. İstifadəçi gözləri vasitəsilə arabanı istədiyi kimi hərəkət etdirə bilir. 

Ona heç bir fiziki müdaxilə etməyə ehtiyac qalmır. Bunun üçün istifadəçi ekrandakı arabanın hərəkətini tənzimləyən cizgiyə diqqət etməlidir. Hazırda ODTÜ Texnoloji Transfer Ofisi ilə birgə çalışırıq. Təkərli arabalar istehsal edən firma ilə əməkdaşlıq edərək universitet-sənaye iş birliyini həyata keçiririk. Məqsədimiz bu texnologiyanın hətta ölkə xaricində də geniş istifadə olunmasıdır”.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları