Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 11:48:00
Uşaqların bağça yaşı dəyişdirilir - Yeni qanun layihəsi
 

"Təhsil haqqında" qanuna dəyişikliklər ediləcək. Yeni qanuna əsasən uşaqlar bağçaya bir yaşından gedə biləcək. Layihə Milli Məclisin elm və təhsil komitəsində müzakirə edilib.

AzEDU.az "Xəzər Tv"yə istinadən xəbər verir ki, məsələ ilə bağlı "Təhsil haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunub.

Milli Məclisin Elm və təhsil komitəsinin rəhbəri İsa Həbibəyli bildirir ki, 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi zəif idi. Amma indi şəbəkə genişləndiyi üçün məktəbəqədər təhsilin 1 yaşından başlanılması qərara alınıb.

İsa Həbibəyli deyir ki, uşaqların 1 yaşından bağçaya verilməsi məcburi deyil. Məktəbəqədər təhsil haqqında qanuna görə, uşaqların məktəbəqədər müəssisələrə verilməsi konüllük prinsipi əsasındadır.

Layihə Milli məclisin plenar iclasında müzakirə ediləcək.