Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 19:29:55
1-ci sinif şagirdini döyən müəllim işdən çıxarıldı

189-190 saylı orta məktəbin birinci sinif şagirdini döyən müəllim işdən çıxarılıb.

AzEDU.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, məktəbdaxili intizam qaydalarına, habelə “Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqaviləsi 2 may 2018-ci il tarixdən ləğv edilib.

Qurumdan bildirilib ki, “Müəllimlərin Etik Davranış Qaydaları”na uyğun olaraq, müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməli, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməlidir:

“Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Bütün təhsil idaəretmə qurumları bu kimi hallara qarşı barışmazdır və belə halların yolverilməz olduğunu bildirir”.

Xatırladaq ki, müəllim uşağı qələminin mürəkkəbini partanın üzərinə tökdüyü üçün döymüşdü.