Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-20 13:49:00
Azərbaycan Universitetinə 36 tələbə dövlət sifarişi ilə qəbul olub

İxtisas seçiminin birinci turunda Azərbaycan Universitetinə 36 tələbə dövlət sifarişi əsasında qəbul olub.

Universitetdən AzEdu.az-a bildirilib ki, onların 28-i abituriyent, 8-i isə subbakalavrdır. Dövlət sifarişi əsasında qəbulda ən yüksək bal tərcümə (ingilis dili) ixtisası, say olaraq ən çox qəbul isə sosial iş ixtisasında olub.

İxtisas seçiminin birinci turunda qəbul olan abituriyent və subbakalavrların qeydiyyatı davam edir. Sənədlərin qəbulu avqustun 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-17.00 arasında universitetin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında aparılır.

Qeyd edək ki, Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün bakalavriat pilləsinə 3 fakültə və 16 ixtisas üzrə qəbul aparır. Bütün ixtisaslara dövlət sifarişi ilə qəbul mümkündür.

İkinci tur üzrə ixtisas seçimi isə bu gün yekunlaşıb. Müsabiqənin nəticələrinin yaxın saatlarda elan olunması nəzərdə tutulur.