Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-17 13:32:00
Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Yapon ixtiraçıları minlərlə il əvvəl yoxa çıxmış quyruğu insanlara qaytarmağa qərar veriblər. O, əvvəlcə dizayn məktəbinin tələbələri tərəfindən yaradılsa da,  alimlər tərəfindən tamamlanıb.

AzEdu.az TED.az-a istinadən xəbər verir ki, quyruq insan embrionun inkişafının ilk və ikinci ayında mövcud olur, lakin üçüncü ayda yox olur.  

Yaradılmış konstruksiya balansı saxlamağa kömək edir, quyruq özü isə saat kəfkiri kimi fəaliyyət göstərir. Bu səbəbdən, insan bir tərəfə əyilən zaman, o, əksinə hərəkət edir. Bu da tarazlığı saxlamağa kömək edir.

Bu kəşf ağırlıqları qaldıran işçilər, yaşlı insanlar və müxtəlif xəsarətlər alan xəstələr üçün faydalı ola bilər. Üstəlik, quyruqdan video oyunlarda istifadə etmək və onun köməyi ilə duyğuları ifadə etmək mümkündür. 

Robot-quyruq konstruksiyasında dörd süni əzələdən istifadə edilir. Cihazın özü kəmər üzərində quraşdırılır və uzaqdan idarə olunur. Sıxılmış hava səkkiz istiqamətdə hərəkət etməyə kömək edir. Yapon mütəxəssisləri hesab edirlər ki, bu inkişafı protezin yeni növü hesab etmək olar.