Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 16:51:05
"Sınağı  özəl qurumlar keçirməlidir, hər şeyi dövlətdən gözləmək olmaz" - Ekspertdən  imtahan təklifi

“Hər şeyi dövlətin üzərinə atmaq, hər şeyi ondan gözləmək olmaz. Dövlət özü də proseslərin hamısına birbaşa müdaxilə etməli deyil. Belə olduqda qurum və şəxslər öz faydalı iş əmsallarını azaldır, daha az faydalı olurlar. Mən hələ dövlətin nəzarətində keçirilən  ödənişli imtahanları demirəm”.

Bu fikri AzEdu.az saytına açıqlamasında təhsil eksperti Fuad  Hacıyev deyib.

DİM tərəfindən keçirilən sınaq imtahanlarını dünya təcrübəsi ilə müqayisə edən ekspert onların Avropa ölkələrində tam fərqli təşkil olunduğunu bildirib:

“Bu tip sınaq imtahanları əsasən postsovet ölkələrində keçirilir. Avropa təcrübəsində isə sınaq və digər imtahanlar müxtəlif şirkət və qurumlar tərəfindən keçirilir. Hər şeyi dövlətin üzərinə atmaq, hər şeyi ondan gözləmək olmaz. Dövlət özü də proseslərin hamısına birbaşa müdaxilə etməli deyil. Belə olduqda qurum və şəxslər öz faydalı iş əmsallarını azaldır, daha az faydalı olurlar. Mən hələ dövlətin nəzarətində keçirilən  ödənişli imtahanları demirəm”.

O, dünya sınaq imtahanları təcrübəsində istifadə olunan bir sıra metodların ölkəmizə də tətbiq olunmasını təklif edib:

“DİM-də keyfiyyət məsələsi çox da aşağı deyil. Sadəcə beynəlxalq təcrübəyə əsaslanmaq, keyfiyyəti yüksəltmək lazımdır. Təbii ki, bu, iki dəqiqəyə həll olunacaq məsələ deyil. Bu, sırf uzun zamanın, illərin təcrübəsi deməkdir. Özəl qurumları  işə cəlb etmək, “frilans” müəllimlərin tender formasında fikirlərini dəyərləndirmək olar. İnsanların zamanla onlayn sınaq imtahanından keçmələrini tətbiq etmək mümkündür”.

Qeyd edək ki, bu gün ölkəmizdə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün  sınaq imtahanları keçirilir. Respublikanın 12 şəhər və rayonunda keçirilən  imtahanda iştirak etmək üçün 29925 abituriyent qeydiyyatdan keçib.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları