Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 14:55:00
“Nazirlik MİQ-lə bağlı narazılıqlara yerindəcə baxıb, qarşısını almağa çalışıb” – Nazir müavini  

AzEdu.az  xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət  Vəliyeva deyib.

O, eyni  zamanda MİQ müsabiqəsinin test imtahan prosesini də qiymətləndirib:

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsidir. Hazırda, ibtidai sinif, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri test imtahanı mərhələsində iştirak edirlər.

Bu günə kimi iştirak edən müəllimlərin nəticələrinə nəzər salsaq, əvvəlki illərdən bir o qədər də  seçilmədiyini görərik.  Əvvəlki illərdə olduğu kimi bu il də müəllimlər arasında  yüksək və aşağı nəticə göstərənlər  var. Bu gün Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçilib, işlə təmin olunması Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir.

 Müsabiqənin keçirilməsi, 48 mindən artıq insanın burada  iştirak etməsi müəllimlik peşəsinə olan marağın, bu peşənin nüfuzunun artırılmasının bariz nümunəsidir.

Əminik ki, yüksək nəticə göstərən müəllimlər bu yaxınlarda Azərbaycan təhsilinin inkişafının daha da artmasına, o cümlədən, sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edəcəklər.

Bu günə kimi keçirilən test imtahan prosesində olan narazılıqlara Təhsil Nazirliyi yerindəcə baxıb və  onların qarşısını almağa çalışıb.

Ötən həftə keçirilən test imtahan proseslərində 2280 sual cavablandırılıb Səhv olduğu müəyyənləşən 8 sualın cavablarına düzəlişlər edilib”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları