Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-28 17:45:00
ADNSU-da Respublika Fənn Olimpiadası keçirilib

Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün fizika, riyaziyyat və kimya fənləri üzrə Respublika Fənn Olimpiadası keçirilib.

AzEdu.az  xəbər verir ki, olimpiadada Bakı şəhərinin ümumtəhsil məktəblərindən ümumilikdə 201 nəfər XI sinif şagirdi iştirak edib. Onlardan 71 nəfəri fizika üzrə, 90 nəfər  riyaziyyat üzrə, 40 nəfəri isə  kimya fənni üzrə biliklərini yoxlayıb.

Qeyd edək ki, olimpiada Azərbaycan və rus dillərində olmaqla yazılı formada aparılıb.  Olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak etmək hüququna malik olub.  Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədi ilə keçirilib.