Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-07 16:20:00
Bu şəxslərin imtahan nəticələri ləğv olundu - SƏBƏB

Bu gün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında da  abituriyentlər imtahan zalına mobil telefon keçirməyə cəhd ediblər.

AzEdu.az xəbər verir ki, Bu barədə Dövlət İmtahan Mərkəzinin imtahan sonrası təşkil etdiyi canlı yayımda mərkəzin sektor müdiri Adıgözəl Həbibov  məlumat verib. O bildirib ki, proses təsdiqlənmiş qayda və tələblərə uyğun həyata keçirilib:

 "Bir-neçə nəfər tələb olunan sənədlər qaydasında olmadığına və gecikdiyinə görə binaya buraxılmayıb. İlkin məlumatlara görə, 3 nəfərdə mobil telefon aşkarlanıb. Onlardan biri binaya buraxılış zamanı müəyyən olunub və şagirdə xəbərdarlıq edilib. Lakin həmin şagird binaya daxil olarkən yenidən ayaqqabısının içində telefon keçirməyə cəhd edib.

Mobil telefon aşkarlanan abituriyentlərin nəticəsi ləğv edilib.

Eyni zamanda  7 nəfər sual kitabçalarını dəyişdiyinə görə  imtahandan xaric olunub, 2 nəfər isə səhhətində baş verən narahatlıqla bağlı imtahanı yarımçıq tərk etməli olub".

Qeyd edək ki, qəbul imtahanının nəticələri iyulun 22-də açıqlanacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları