"UNEC 7-ci ikili diplom proqramını həyata keçirəcək".
AzEdu.az xəbər verir ki, xəbərinə görə, bu barədə UNEC-də keçirilən ikili diplom proqramları ilə bağlı tədbirdə universitetin Tədris və təlim texnologiyaları üzrə prorektoru Anar Rzayev deyib.
Onun sözlərinə görə, 7-ci ikili diplom proqramı Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə həyata keçirilir.
Qeyd edək ki, universitet hazırda 6 ikili diplom proqramı həyata keçirir. Bu proqramlara İngiltərə, İsveçrə, Litva, Fransa, ABŞ universitetləri daxildir.