Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 11:43:00
Bakıdakı bu orta məktəbə hər şagirdi götürmürlər

Azərbaycanda qeyri-millətlərdən olanlar üçün bir sıra təhsil ocaqları fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən biri də Bakıda yerləşir. Paytaxtın Xətai rayonunda yəhudilərin ayrıca “Xabad Or-Avner” adlı orta məktəbi fəaliyyət göstərir.

Bəs orada kimlər təhsil ala bilər? Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində tədris hansı dildə keçirilir və orada şagirdlərə hansı fənnlər tədris edilir?

AzEDU.az xəbər verir ki, məsələ ilə bağlı Dağ Yəhudiləri Dini İcmasının sədri Melix Yevdayev Modern.az-a açıqlama verib.

Melix Yevdayev Xətai rayonunda yerləşən “Xabad Or-Avner” adlı orta məktəblə bağlı bildirib ki, orada tədris Azərbaycan Təhsil Nazirliyinin proqramında nəzərdə tutulan qaydada aparılır: “Amma həmin orta məktəb yəhudi təmayüllüdür. Dərslər isə rus dilində keçirilir. Orada təhsil alan şagirdlərə Tövratı oxumağı, yəhudilərin min illər ərzində qoruyub saxladığı adət-ənənələri öyrədirlər. Həmin məktəbdə ancaq yəhudilər oxuya bilər. Başqa  millətdən olan şəxslər isə həmin məktəbdə təhsil ala bilməzlər”.

Qeyd edək ki, “Xabad-Or-Avner” yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilib.