Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 13:34:00
I ixtisas qrupu üzrə 150 ballıq ixtisaslar - SİYAHI

I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Lakin bəzi ixtisaslar üzrə ümumi keçid balı 150 müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimyaixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xatırladaq ki, iyunun 23-də I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları keçirilib. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları