Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 11:11:54
Bu il cəmi 6 abituriyent 700 bal toplaya biləcək – Onları tanıyaq  

2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunur.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Beləliklə, abituriyent müsabiqədə hər iki imtahanın ümumi nəticəsi əsasında iştirak edir.

Yaz qəbul imtahanlarında ümumilikdə maksimum bal toplayan abituriyent olmasa da, yay qəbul imtahanlarında bu nəticəni göstərə biləcək 6 namizəd var.

Onların hər biri buraxılış imtahanlarının nəticələrinə əsasən maksimum 300 bal toplayıb  və yay qəbul imtahanlarında 400 bal toplamaq şansına sahibdir.

AzEdu.az yay qəbul imtahanlarında 700 bala namizəd abituriyentlərin siyahısını və onların yaz imtahanlarındakı nəticələrini təqdim edir:

Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyinin məzunu Məhəmməd Ağamaliyev – IV ixtisas qrupu üzrə 694 bal;

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları Rəşad Alpaşayev - IV ixtisas qrupu üzrə 690 bal;

Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunu Şəhriyar Səmədov - II ixtisas qrupu üzrə 680,3 bal;

Sumqayıt şəhər 22 saylı məktəbin məzunu Sərxan Həsənov – III ixtisas qrupu üzrə  675,7 bal;

Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin məzunu Murad Şərifzadə - I ixtisas qrupu üzrə 654 bal;

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Surxay Hasilov - IV ixtisas qrupu üzrə 641,9

Xatırladaq ki, abituriyentlər şəxsi seçimlərindən asılı olaraq yay qəbul imtahanlarında iştirak etməyə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları