![](https://azedu.az/uploads/news/2018/04/milli_meclis_0001.jpg)
“Ceyhun Bayramov uzun müddətdir ki, təhsil nazirinin birinci müavini vəzifəsini yerinə yetirib. Keçmiş təhsil naziri Mikayıl Cabbarovun başladığı geniş miqyaslı islahatların həyata keçirilməsində yaxından iştirak edib. Prosesə dərindən bələddir”.
Bunu AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse prezidenti İsa Həbibbəyli yeni təhsil naziri barəsində danışarkən qeyd edib. O, təyinatı çox uğurlu addım kimi qiymətləndirib:
“Hesab edirəm ki, onun təhsil naziri olmağı təhsil sistemində başlayan islahatların davam etdirilməsinə və islahatların daha da genişləndirilməsinə şərait yaradacaq”.
Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva Ceyhun Bayramovu təhsil naziri seçilməsi münasibətilə təbrik edib:
“Bu təyinat Cənab Prezident tərəfindən ona göstərilən böyük etimaddır. Ceyhun Bayramov təhsilin içərisində olan insandır. Təhsil sistemini çox gözəl bilən gənc kadrımız neçə ildir ki, nazirin birinci müavini vəzifəsində çalışıb. Təhsil işçisi olaraq, Ceyhun Bayramovun nazir müavini işlədiyi vaxtlardan təhsilə olan münasibətinə, biliyinə, qabiliyyətinə, dünyagörüşünə bələd olduğuma görə bu təyinata çox sevindim. Əlbəttə, bir təhsil adamı kimi ümidlərimiz, gözləntilərimiz çoxdur. Təhsildən yeniliklər gözləyirik. Elm və təhsil elə sahədir ki, daim yenilənir, cavanlaşır, inkişaf edir. Müasir dövrdə Avropa təhsil sisteminə inteqrasiya edirik. Bu baxımdan gözləntilərimiz çoxdur. Mən inanıram ki, Ceyhun Bayramov ona tapşırılan şərəfli vəzifənin öhtəsindən layiqincə gələcək”.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)