Azedu.az

Kursantlar üçün dövlət imtahanı keçirildi

Ali təhsil

8 İyun 2019, 22:39
Kursantlar üçün dövlət imtahanı keçirildi

Səhra təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin motoatıcı ixtisası üzrə 4-cü kurs kursantları üçün dövlət imtahanları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, kursantlar dörd təhsil ili müddətində hazırlıq keçərək qazandıqları bilik və bacarıqları nümayiş etdirirlər.

 

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl şəraitində isə taktiki və atış hazırlığı, döyüş texnikasının istismarı, müxtəlif çaplı silahların təyinatı və sökülüb-yığılması üzrə praktiki imtahanlar verirlər.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox