Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 13:33:47
Builki magistratura imtahanlarının rekordçusu Tural: “Təhsilimi yarımçıq qoyduğum yerə qayıdacağam”  

“İştirakçıların magistraturaya qəbul imtahanlarını bakalavr imtahanları kimi ciddiyə almamaları onların 150 bal toplamasına mane olur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı magistraturaya qəbulun iki mərhələsi üzrə ən yüksək nəticə (147 bal) göstərən Tural Əhmədov deyib. O, təhsilini UNEC-də davam etdirəcək:

“Magistr təhsilimi yarımçıq qoymuşam. Təhsilimi böyük ehtimalla, UNEC-in magistratura səviyyəsində davam etdirəcəyəm. Hazırda Məntiq müəllimi kimi çalışıram.

İmtahana 2 il əvvəl öyrəndiyim biliklərlə qatılıb, ən yüksək nəticəni göstərdim. İştirakçıların magistraturaya qəbulu bakalavr imtahanları kimi ciddiyə almamaları onların 150 bal toplamasına mane olur.

95 baldan yuxarı artıq şans məsələsidir. Diqqətsizlikdən bir neçə sualda səhv etmək mümkündür. Sulların səviyyəsi ötən illə müqayisədə orta olsa da, tapşırıqları asan adlandırmaq olmazdı”.

Xatırladaq ki, hər iki mərhələ üzrə toplanıla biləcək maksimal bal 150-dir.

Bu imtahanlarda ümumilikdə göstərilən ən yüksək nəticədə, məhz 147 baldır.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları