Azedu.az

“Deep learning”in tətbiqi imkanları araşdırılır

Ali təhsil

25 May 2019, 21:20
“Deep learning”in tətbiqi imkanları araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli məlumatlar toplusunun analizində “Deep learning”in tətbiqi imkanları araşdırılıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, seminarda böyük elmi işçi Aybəniz Əliyeva dərin inam şəbəkələri (Deep Belief Network, DBN) adlı “Deep Learning” arxitekturası haqqında danışıb.

O, obyektlərin tanınması üçün təklif olunmuş modellər, nitq və audio emalı və nişanlama, informasiya axtarışı, təbii dilin emalı kimi “Deep learning”in “Big Data”nın analizində tətbiqi sahələri barədə məlumat verib.

 

Sonra məruzə ilə bağlı müzakirələr aparılıb. Bu sahədə tədqiqatların davam etdirilməsi tövsiyə olunub.

Rusiya ordusu NATO obyektlərinə zərbələr endirdi
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox