2019-05-25 12:51:00
Uşaqlıq və yeniyetməlik BÖHRANI: TİKLƏR - Bu xəstəliyə kimlər tutulur?
Tiklər qeyri-iradi, özünü anidən göstərən, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, hər hansı bir məqsədə yönəlik olmayan əzələ sıxılmasıdır. Belə ki, tik zamanı bir hərəkət çox zaman refleks şəklində insanın iradəsindən asılı olmadan təkrarlanır. Aparılan araşdırmalara əsasən, on nəfərdən birində tik müşahidə olunur. Tiklər müxtəlif yaş dövrlərində müşahidə oluna bilər. Xüsusilə 3-6 (uşaqlıq böhranı) və 12-15 (yeniyetməlik böhranı) yaşlarında yaranır.
AzEdu.az Medicina.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan uşaq nevroloqu Samirə İsmayılovanın sözlərinə görə, bu, çox vaxt üzdə gözqırpma, burun çəkmə, səsçıxarma, müxtəlif ağız hərəkətləri, həmçinin boyun, çiyin, əzələlərində müşahidə olunur.
"Oğlan uşaqları arasında daha çox müşahidə olunan bu xəstəliyin başlanma zamanı adətən 4-5 yaşdır. Səbəbləri isə müxtəlifdir. Bunlar genetik, bəzən də keçirilmiş xəstəliyin nəticəsi kimi, həmçinin bəzi dərmanların qəbulu ilə əlaqəli yarana bilər”.
Mütəxəssis emosional stress, həyacan, qorxunun da tikləri artıra biləcəyini vurğulayıb:
"Bəzən tiklər spontan keçsə də, uzun müddət davam edən və müalicəyə çətin tabe olan hallar müşahidə olunur. Belə hal Turett sindromu olan uşaqlar üçün xarakterikdir. Bu uşaqlarda lokal və yayılmış motor tiklərlə yanaşı, vokal tiklər - yəni müxtəlif səsçıxarma, aqressivlik kimi təzahürlər görünür”.
Nevroloq bunun ümumilikdə dalğavari gedişə malik olduğunu bildirib:
"Adətən payız-qış aylarında artma, yay fəslində isə azalma müşahidə olunur. Bu da məktəblilərdə yükün azalması ilə əlaqələndirilir. Düzgün günlük rejim tiklərin azalmasında rol oynaya bilir. Tiklərin xoşxassəli variantı ilə yanaşı, ciddi xəstəliklərin əlaməti ola biləcəyini nəzərə alaraq, nevroloq müayinəsi və ehtiyac olduqda digər mütəxəssislərin də məsləhəti vacibdir”.
Bu bölməyə aid digər xəbərlər
Hansı hallarda uşaqlara peyvənd vurulmur?
2024-04-24 17:17:07
“Məktəblər repetitorlar üçün baza rolunu oynayır”
2024-04-24 13:17:00
Məktəbdə qısaqapanma: Şagirdlər təxliyyə olundu - YENİLƏNİB
2024-04-24 12:59:00
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
2024-04-24 11:40:31
“Altsheymer”ə çarə axtaran “Sabahın alimləri” – Onlar kimdir?
2024-04-24 10:17:00
“Tarixdə bu gün”- 24 apreldə nələr baş verib?
2024-04-24 09:00:00
Bu günün hava proqnozu
2024-04-24 08:36:38
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
2024-04-23 16:37:20
Prezident: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
2024-04-23 16:24:14
Latviya məktəblərində rus dilinin tədrisi qadağan edilib
2024-04-23 15:22:41
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
FACEBOOK