Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-21 11:47:41
Şagirdləri gələcəyin dahisinə çevirəcək məcburi dərs – “Xüsusi istedadlıları aşkarlayırıq”

 Dünyanın bir sıra ölkələrində teatr sənəti orta məktəb sistemində məcburi keçirilən fənlərdən sayılır.

Türkiyə və Almaniyada rəsm və musiqi dərsləri tədrisin ayrılmaz hissəsidir. İcbari teatr dərsləri uzun illərdir ABŞ, İngiltərə, Avstraliya və digər ölkələrdə də keçirilir. Lakin  bu predmet nədənsə dünyanın bir sıra ölkələrində tədris olunmur. Almaniyada bu fənnin tədrisi  2012-ci ildən tətbiq edilib. Burada icbari teatr dərslərinin keçirildiyi ilk əyalət isə Hamburq olub.

Bu dərs şagirdlərin yaradıcı potensialının formalaşması və inkişafına yardımçı olur. Teatr dərslərinin məcburi olaraq tədris olunduğu Hamburqun Duventsedt orta məktəbinin şagirdləri arasında sorğu keçirilib. Bu zaman  onların teatr dərslərində özlərini daha sərbəst hiss etdikləri məlum olub. Dərsin məcburi keçirilməsinə baxmayaraq şagirdlər bu fənnin tədrisi zamanı həm öyrənir, həm də əylənirlər. Həmin məktəbin müəllimi Johanna  Vierbaum teatr dərsi alan şagirdlərin motivasiyasından məmnun olduğunu bildirib:

“Teatr dərsləri uşaqların daxili potensialını üzə çıxarmaq, sosial münasibətlərini gücləndirmək baxımından çox əhəmiyyətlidir. Bunun vasitəsilə, xüsusi istedada sahib uşaqları da aşkar edə bilirik”.

Təhsil eksperti Volfqanq Stinq bununla uşaqların teatr sahəsində önəmli bacarıqlara yiyələndiklərini bildirib:

“Teatr dərslərinin icbari hala salınması ilə şagirdlər sənətə yaxınlaşıblar. Məktəblərdə yazma, oxuma öyrədildiyi kimi eləcə də fərqli situasiyalardanitq söyləmə, səhnədə özünü ifadə etmə, kütlə qarşısında çıxış edə bilmə bacarıqları da öyrədilməlidir. Eyni zamanda teatr dərsi verəcək müəllimlərin də kifayət qədər hazırlıqlı yetişdirilməsi gərəkdir”.

Qeyd edək ki, Almaniyada teatr dərsləri vermək üçün 120 müəllim müraciət edib. Orada teatr təhsili verən yeddi universitet var.

 

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları