Azedu.az

Bu universitet siqaret çəkən təhsil işçilərini işə götürməyəcək

Ali təhsil

Xaricdə təhsil

19 May 2019, 13:07
Bu universitet siqaret çəkən təhsil işçilərini işə götürməyəcək

Yaponiyada yerləşən Naqasaki Universitetinin rektoru maraqlı açıqlaması ilə gündəmə gəlib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, rektor Yusuke Takakura açıqlamasında siqaret çəkən müəllimlərin universitetə işə qəbul edilməyəcəyini vurğulayıb.

Bu qərar cari ilin avqust ayından etibarən tətbiq edilməyə başlayacaq. Həmçinin, siqaret çəkməyi tərgitməyən tələbələr üçün universitet daxilində klinika fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Naqasaki Universitetində siqaret çəkmək qadağandır.

Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?
Son xəbərlərDaha çox