Azedu.az

Bakıdakı 35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb

Ali təhsil

18 May 2019, 10:48
Bakıdakı 35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb

Hazırda Bakı şəhərində yerləşən və Təhsil Nazirliyinin tabeliyində olan 13 ali təhsil müəssisəsinin 35 yataqxana binası mövcuddur.

Bunlardan 3-ü təmirli (1300 çarpayılıq), 7-si təmirsizdir (850 çarpayılıq). 25 binada məcburi köçkünlər məskunlaşıb.

Təhsil Nazirliyinin tabeliyində olmayan digər ali təhsil müəssisələrinin yataqxanalarında 2100-ə yaxın çarpayılıq yer var.

Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç  yataqxanasının əsaslı təmir işləri başlanılıb, Sumqayıt Dövlət Universitetinin 264 yerlik  yataqxanasının əsaslı təmiri üçün isə layihə-smeta sənədləri hazırlanır. Təmirin cari ildə başlanması nəzərdə tutulub.   (ona.az)

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox