Azedu.az

SDU-da “Bələdiyyə” təqaüdü alacaq tələbələrin sayı açıqlandı

Ali təhsil

16 May 2019, 09:44
SDU-da “Bələdiyyə” təqaüdü alacaq tələbələrin sayı açıqlandı

Sumqayıt Dövlət Universitetində (SDU) "Bələdiyyə" təqaüdü alacaq tələbələrin sayı açıqlanıb.

SDU-dan AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssisəsinin 30 tələbəsinə “Bələdiyyə” təqaüdü veriləcək.

Ümumilikdə, "Tələbə" və "Bələdiyyə" təqaüdü alacaq tələbələrin sayı isə 560 nəfərə çatıb.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Universitetin 30 tələbəsinə “Bələdiyyə” təqaüdünün verilməsi ilə bağlı qərar qəbul edib. 

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox