https://www.zirve.edu.az/
19.04.2018 12:42
Bu məktəbdə illərdir ki, zəng çalınmır – MARAQLI SƏBƏB
Çap et

Trabzon Sosial Elmlər məktəbində şagirdlərə məsuliyyət qazandırmaq və zaman idarəetməni inkişaf etdirmək məqsədilə 8 ildir zəng çalınmır.

AzEdu.az xəbər verir ki, şagirdlər  dəhlizlərdə və bağda asılan dərsə giriş-çıxış cədvəllərinə görə hərəkət edirlər. Burada dərsin əvvəlində və sonunda zilin tətbiq olunmaması  tələbələrin bu həyata daha tez adaptasiya olmasına kömək edir. Bu, ətrafda səs-küy olmaması ilə yanaşı tələbələrin məsuliyyətli olması, zamanı yaxşı idarə edə biməsi, özünə inamı və intizamlı fərdlər kimi yetişdirilməsi məqsədi daşıyır.

Məktəb direktoru Zəkəriyyə Abanozoğlu bununla  tələbələrə məsuliyyətli olmağı qarşılarına məqsəd qoyduqlarını deyib:

“Şagirdlərimizə  zamanı idaretməni öyrətmək , məsuliyyət aşılamaq lazımdır. Bir də məktəblərdən ətrafa yayılan səsləri azaltmağa ehtiyac olduğunu düşünüb bu işi gördük.  Məktəb zənginin aradan qaldırılması asan bir qərar olmadı. İlk başda çətin görünsə də işə yaradı. Xaricdən gələnlər zil səsini eşitməyəndə  soruşurlar ki, bu məktəbdə zəng yoxdur?  Məsələni anlamaqda çətinlik çəkirlər və təəccüblənirlər. 8 ildir  məktəbimizdə zəng vurmur, çox  yaxşıdır  və heç bir problem yaşamırıq".

 Onun sözlərinə görə, yeni uşaqlar biraz sıxıntı yaşayırlar, amma sonra öyrəşirlər:

“Dərslərə vaxtında girib-çıxılır. Bunu tətbiq etməyə davam edəcik. Məktəbimizdə, inşallah,  zəng heç vaxt çalmayacaq. Bunun səbəbi tələbələrimizə  inamımızdır”.

12-ci sinif şagirdi Məhəmməd Enes Qarlıdağ məktəbə ilk gəldiyi vaxt zəng çalmadığına görə, sıxıntı yaşadığını bildirib:

 "Məktəbə ilk başlayanda həqiqətən çox qəribə gəlirdi. Bura gəlməmişdən əvvəl zənglə hərəkət edirdik, amma burada olmaması vaxtı idarəetmə baxımından çox şey öyrətdiyini düşünürəm. Məsuliyyətli olmaq insan olmağımıza fayda verir”.

 Sinif yoldaşı Şura Ayda da deyir ki,  məktəbə ilk gələndə çox təəccüblənib:

“Bunun bizə necə təsir edəcəyini müzakirə etmişdik.   Sonra 14-15 yaşında yetkinliyə çatanların daha azad bir mühitdə təhsil görmək istədiyini başa düşdüm. Zəng çalanda məcburiyyət qarşısında  dərsə giririk.  İstər-istəməz bir təzyiq və getdiyimiz yer bizə əziyyət kimi gəlirdi. Sonra gördük ki, hər yerdə saatlar var və  öz vaxtımızı nizamlaya bilirik. Bu, zaman və insana təzyiq mədəniyyətini dəyişdirir".

Əsmər Qabil