Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar 51-ci proqramı seçməklə müsabiqədə iştirak edə bilərlər.
Aİİ-dən AzEdu.az-a bildirilib ki, müsabiqəyə fevralın 24-də keçirilmiş magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanan və mayın 7-dək proqramı seçib təsdiq edən bakalavrlar buraxılır.