"BDU-nun dərmandan zəhərlənən tələbəsinin vəziyyəti orta-ağırdır".
AzEdu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, tələbə dərman qəbul edəndən sonra zəhərlənib və qəfildən halı pisləşib: "Təcili tibbi yardımın köməkliyi ilə günorta saatlarında bizim şöbəyə gətirilib. Hazırda onun müalicəsi davam etdirilir. Amma səhhəti orta-ağır olaraq qalır".
Qeyd edək ki, Bakı Dövlət Universitetinin tələbəsi 1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.