Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 09:16:33
Tarix Muzeyində tələbə və məktəblilərə Aprel döyüşləri barədə məlumat verilib

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Aprel döyüşlərinə həsr olunmuş “Tariximizin şanlı qələbə döyüşü” mövzusunda tədbir keçirilib.

Muzeydən AZEDU.az-a bildiriblər ki, tarixçi alimlərin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin, məktəblilərin iştirak etdikləri tədbirdə muzeyin xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Bəhmən Kərimov 2016-cı il aprelin 2-dən 5-dək cəbhədə baş verən və ordumuzun işğalçı erməni silahlı birləşmələri üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşlərindən və onun əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hərb tariximizin şanlı səhifəsinə çevrilən bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, əsgər və zabitlərimizin döyüş bacarığını, qəhrəmanlığını nümayiş etdirib.

Digər çıxış edənlər də Aprel döyüşlərinin uğurlu nəticələrindən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu vurğulayıblar.

Sonra məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.